"Konyaspor"u 7-1 məğlub edən "Fənər"dən "Qalatasaray" azarkeşlərini DƏLİ EDƏN HƏRƏKƏT - FOTO
11
yan
2024
09:52
Ötən gün öz meydanında "Konyaspor"u 7-1 hesabı ilə məğlub edən "Fənərbağça" matçın son anlarında əzəli rəqibi "Qalatasaray"a söz atıb.
BAKU.WS xəbər verir ki, oyunun son anlarında hesab tablosunda qısa müddətdə "Konyaspor" əvəzinə “Qalatasaray” loqosu görünüb.
Bu hərəkət, 2002-ci il noyabrın 6-da "Fənərbağça"nın "Qalatasaray"ı 6:0 hesabı ilə məğlub etdiyi matça istinad kimi qəbul edilib.
Sözügedən anlar "Qalatasaray" azarkeşlərinin qəzəbinə səbəb olub.
Qeyd edək ki, hazırda Türkiyə Super Liqasına 50 xalla "Fənərbağça" liderlik edir. Onu 47 xalla "Qalatasaray" izləyir.
Oxşar xəbərlər
“Qalatasaray” “Fənər”in istədiyi daha bir transferi reallaşdırır? - Azarkeşləri dəli edəcək addım - FOTO
Türkiyənin “Qalatasaray” klubu "Fənərbaxça"nın bir müddətdir maraqlandığı braziliyalı yarımmüdafiəçi Teteni heyətinə cəlb etməyə yaxındır. BAKU.WS Türkiyə KİV-ə...