Dünyanın ən bahalı futbolçularından ibarət simvolik komanda - FOTO

Dünyanın ən bahalı futbolçularından ibarət simvolik komanda - FOTO
İdman 0

"Transfermarkt" portalı dünyanın ən bahalı futbolçularından ibarət simvolik komandanı tərtib edib.

BAKU.WS xəbər verir ki, 11 futbolçudan ibarət komandanın ümumi bazar dəyəri 1,22 milyard avro olub.

Komandanın tərkibi aşağıdakı kimidir:

Hücumçular: Cude Bellinqem (İngiltərə, "Real Madrid"), Kilian Mbappe (Fransa, PSJ), Erlinq Haaland (Norveç, "Mançester Siti").

Yarımmüdafiəçilər: Rodriqo Hernandes (İspaniya, "Mançester Siti"), Camal Musiala (Almaniya, "Bayern Münhen"), Deklan Rays (İngiltərə, "Arsenal").

Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, "Liverpul"), Vilyam Saliba (Fransa, "Arsenal"), Ruben Diaş (Portuqaliya, "Mançester Siti"), Yoşko Qvardiol (Xorvatiya, "Mançester Siti").

Qapıçı: Mayk Menyan (Fransa, "Milan")

Hazırda ən bahalı futbolçular Bellinqhem, Mbappe və Haalanddır.

"Transfermarkt"a görə hər üç futbolçu 180 milyon avro dəyərində qiymətləndirilir.

Dünyanın ən bahalı futbolçularından ibarət simvolik komanda - FOTO

Son xəbərlər