Dünyanın ən bahalı futbolçuları açıqlanıb – “10-luq”

Dünyanın ən bahalı futbolçuları açıqlanıb – “10-luq”
İdman 278

Dünyanın ən bahalı futbolçularının növbəti reytinqi açıqlanıb.

BAKU.WS Apasport.az-a istinadla xəbər verir ki, CIES futbol observatoriyası potensial transfer dəyərini qiymətləndirərək ən dəyərli oyunçuların siyahısını hazırlayıb.

Cədvələ 205,6 milyon avroluq dəyərlə PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. “Liverpul”lu Trent Aleksander-Arnold ən bahalı müdafiəçi (87,4 milyon), “Barselona”nın gənc üzvü Pedri isə ən bahalı yarımmüdafiəçidir (135,1 milyon). Qapıçılardan ən dəyərlisi Canluici Donnarummadır (PSJ, 73,7 milyon).

Reytinqin ilk “100-lüy”ündə ən çox Premyer Liqa təmsilçisi var. İngiltərədə çıxış edən 41 oyunçu siyahıya düşüb.

1. Kilian Mbappe (PSJ) - 205,6 milyon avro2. Vinisyus Junior (“Real”) - 185,3 milyon3. Erlinq Haland (“Mançester Siti”) – 152,6 milyon4. Pedri (“Barselona”) - 135,1 milyon5. Cud Bellinqem (“Borussiya”, Dortmund) - 133,7 milyon6. Fil Foden (“Mançester Siti”) – 124 milyon7. Frenki de Yonq (“Barselona”) - 112,5 milyon8. Luis Dias (“Liverpul”) – 110 milyon9. Ruben Diaş (“Mançester Siti”) – 109,6 milyon10. Ferran Torres (“Barselona”) - 109,5 milyon

Oxşar xəbərlər

“Qızıl top”a namizədlərin siyahısı AÇIQLANDI

“Qızıl top”a namizədlərin siyahısı AÇIQLANDI

Fransanın “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, 2021-ci il...

373 İdman 22:23 08 oktyabr 2021

Son xəbərlər