19 yaşlı futbolçudan yeni klubunda fantastik performans - 2 oyuna 5 qol - VİDEO
Almaniya Bundesliqasında 19-cu tura start verilib.
BAKU.WS xəbər verir ki, “Borussiya Dortmund” öz meydanında “Köln”ü qəbul edib və 5:1 hesabı ilə qalib gəlib.
Ötən tur olduğu kimi, bu turda da “Borussiya Dortmund”un 19 yaşlı hücumçusu Erlinq Haland fərqlənib. Norveçli futbolçu 65-ci dəqiqədə oyuna daxil olub və sonrakı dəqiqələrdə 2 qola imza atıb.
Xatırladaq ki, Haland ötən turda da meydana sonradan daxil olmuş və 3 qol vurmuşdu. Gənc hücumçu bununla da “Borussiya Dortmund”un heyətində meydana çıxdığı 2 oyunda 5 qol vuraraq fantastik start verib.
Qeyd edək ki, Haland bundan öncəki komandası “Salzburq”un heyətində 16 oyunda 17 qol vuraraq ulduzu parlamış və nəhəng klubların diqqətini cəlb etmişdi. O həmçinin Çempionlar Liqasının bombardirlər siyahısında 8 qolla ikinci yerdədir.
“Borussiya” D - “Köln” - 5:1
Qerrero, 1, Roys, 29, Sanço, 48, Haland, 77, 87 – Ut, 65
Oxşar xəbərlər
"İnter" və "Ayaks" qrupdan çıxa bilmədi - VİDEO
UEFA Çempionlar Liqasında VI turun ilk oyun gününə yekun vurulub. BAKU.WS xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/8 finala yüksələn daha 6 komandanın adı mü...