ÇL-də I turun ən yaxşı qolu: "Çelsi" - "Qarabağ" matçı da seçilənlər arasında
14
sen
2017
14:29
Çempionlar Liqasının (ÇL) ilk turunun ən yaxşı qolu adına namizədlər açıqlanıb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, UEFA qalibi müəyyənləşdirmək üçün 5 qol seçib. Onların sırasında "Çelsi" - "Qarabağ" matçında vurulan qol da var. Söhbət Pedro Rodrigesin 5-ci dəqiqədə hesabı açdığı qoldan gedir.Avropanın ali futbol qurumu bununla yanaşı, Dortmund "Borussiya"sının üzvü Andrey Yarmolenkonun "Tottenhem"ə və "Beşiktaş"ın hücumçusu Cenk Tosunun "Porto"ya vurduğu qolu da fərqləndirib."Beşlik"də "Tottenhem"in forvardı Harri Keynin "Borussiya" ilə görüşdə imza atdığı ilk qol və "Barselona"nın superulduzu Lionel Messinin "Yuventus"a vurduğu birinci qol da yer alıb.Qalibi müəyyənləşdirmək üçün azarkeşlər arasında səsverməyə start verilib. Ən çox səs toplayan qol ÇL-də ilk turun ən baxımlı qolu seçiləcək. BAKU.WS
Oxşar xəbərlər
UEFA "Qarabağ"ı tarixə saldı
Londonda "Çelsi"yə 0:6 hesabı ilə uduzan "Qarabağ" Çempionlar Liqasının tarixinə düşüb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu adını...