SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Kubokunun Səudiyyə Ərəbistanında keçiriləcək final matçı hakimi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, buna səbəb derbinin VAR hakimi təyin olunan Emre Malokun illər öncə "Fənərbağça" tribunasından çəkilən fotosu olub.

Fotoda Hakim Emre Malok həyat yoldaşı Sedef Yerli ilə tribunada "Fənər" matçı izləyir. Əldən-ələ yayılan bu şəkil cümə günü oynanılacaq derbi öncəsi sosial medianın gündəminə düşüb.

Azarkeşlərin sərt reaksiyasından sonra Emre Malokun həyat yoldaşı Sedef Yerli sosial media hesabını bağlayıb.

Bir istifadəçi “Fənərbağça tribunasının əfsanəsi Emre Maloku derbiyə təyin etmək gizli məqsəd və sui-qəsddir, sifarişinizi kimdən alırsınız?” şərhini yazıb.

Qeyd edək ki, Emre Malok hakimlik karyerasına 2007-2008 mövsümündə başlayıb.

BAKU.WS
QALEREYA