SİZİN REKLAM BURADA!
055 213 76 73


"Neftçi" komandasının baş məşqçisi dəyişib.

BAKU.WS paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyall Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Onu bu postda Miodraq Bojoviç əvəzləyəcək.

Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi.

***18:30

Bu gün "Neftçi" PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə "ağ-qaralar"ın Mətbuat Xidməti bəyənat yayıb.

"Neftçi" PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir.

Eyni zamanda, Klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir.

Hazırda Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan "Neftçi" PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır.

BAKU.WS