SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərə Çempionşipdə çıxış edən "Hall Siti"nin türkiyəli sahibi Acun Ilıcalı artıq qış transfer pəncərəsinin ilk transferini reallaşdırdıqlarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə BBC-yə verdiyi açıqlamada bildirib:

“Artıq bir futbolçu ilə qış transfer pəncərəsi üçün razılaşdıq. Transfer dövrünün ilk günlərində bunu rəsmən açıqlayacağıq. Azarkeşlərimizi sevindirəcək 2-3 transfer də etmək istəyirik".

Futbolun əyləncə oyunu olduğunu bildirən türkiyəli iş adamı qapalı matçlara nifrət etdiyini deyib:

“0:0 hesabı ilə bitən matçlar mənlik deyil. Liam Rosenior komandanın çalışdırıcısı olduqdan sonra 3 və ya 4 matçımız 0-0 bitib. Futbol bir əyləncə oyunudur”.

Qeyd edək ki, “Hall Siti" İngiltərə çempionatında 22 matçda 10 qələbə, 6 məğlubiyyət və 6 heç-heçə edib. “Narıncı-qaralar” 36 xalla 6-cı pillədə qərarlaşıb.

BAKU.WS