"Real Madrid"in ulduz futbolçusu ağır zədələndi

Real Madridin ulduz futbolçusu ağır zədələndi
İdman 1

"Real Madrid"in avstriyalı ulduzu David Alaba zədələnib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, İspaniya La Liqasının 17-ci turunda "Vilyarreal"la matçda aldığı zədədən sonra sıradan çıxıb.

35-ci dəqiqədə oyunu tərk edən Alaba matçdan dərhal sonra yoxlanılıb.

Futbolçunun əməliyyat olunacağı açıqlanıb.

Beləliklə, 31 yaşlı müdafiəçinin 2023-2024-cü il mövsümünün qalan hissəsində oynamağı mümkünsüz görünür.

Qeyd edək ki, görüşdə Madrid "Real"ı Jude Bellinqeam, Rodrigo, Brahim Diaz və Luka Modriçin qolları ilə 4-1 hesablı qələbə qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər