SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino İranda qadınların stadionlara buraxılması qərarına öz təsirini göstərdiyindən qürur duyduğunu bildirib.

“Mən İran prezidenti Həsən Ruhani ilə görüşdüm və ondan soruşdum: Niyə qadınları futbol stadionlarına buraxmırsınız? Bu sualdan sonra 30 saniyəlik sükut yarandı və o, “Bizim ölkədə dindarlar bir qədər mühafizəkar fikirdədirlər” deyə cavab verdi. Mən ona dedim ki, əgər kimsə bunu dəyişə bilərsə, bu sənsən”, - İnfantino nəql edib.

Bu söhbətdən 6 ay sonra İran klubu Asiya Çempionlar Liqasının finalında oynayıb. “Mənə zəng vurub dedilər ki, on qadını stadiona buraxacaqlar. Mənimlə zarafat edib-etmədiklərini soruşdum və əlavə etdim ki, ən azı min nəfər olmalıdır. Sonda onların sayı hətta mindən çox oldu və mən matça çıxıb tribunadakı qadınlarla selfi çəkdirməyə başladım. Bu zaman hamı ağlayırdı: qadınlar da, kişilər də, mən də. Və artıq iki ildir ki, qadınlar İran stadionlarını ziyarət edə bilirlər. Bilirəm ki, o vaxtdan bəri ölkədə ciddi hadisələr baş verib, amma biz təslim ola bilmərik”, - İnfantino qeyd edib.

Xatırladaq ki, 1979-cu il islam inqilabından əvvəl iranlı qadınlar stadionda sərbəst şəkildə matçlara baxa bilirdilər. Lakin inqilabdan sonra stadionda kişilərin iştirak etdiyi yarışlara baxmaq qadağan edilib.//oxu.az

BAKU.WS