SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə "Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.

BAKU.WS-in məlumatına görə, tarixi uğurun ardınca Azərbaycan Premyer Liqasının klubları "Qarabağ"a təbrik mesajları yayımlayıb.

Klubların rəsmi sosial şəbəkə hesablarından edilən bu paylaşımlar bütün futbolsevərlər tərəfindən rəğbətlə qarşılanıb. 

"Qarabağ"ı UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edən Azərbaycan Premyer Liqasının klubları:

"Sumqayıt" Futbol Klubu

"Qəbələ" Futbol Klubu

"Sabah" Futbol Klubu

"Səbail" Futbol Klubu

"Zaqatala" Futbol Klubu

"Mingəçevir" Futbol Klubu

"Araz Saatlı" Futbol Klubu

"Qusar" Futbol Klubu

"Zirə" Futbol Klubu

Qeyd edək ki, Qurban Qurbanovun komandası turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.

H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1.

Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

BAKU.WS