SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.

Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

***23:11

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”ın futbolçusu Marko Veşoviç qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Qarabağ” - “Hakken” (İsveç) oyununun ikinci hissə davam edir. Azərbaycan təmsilçisi hazırda 2:0 hesabı ilə öndədir.

***22:53

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ikinci hissə başlayıb.

Azərbaycan təmsilçisi hazırda 2:0 hesabı ilə öndədir.

"Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

45+3-cü dəqiqədə Yassin Benzia rəqibi növbəti dəfə məyus edib.

***22:33

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk hissə başa çatıb.

Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

"Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.

***21:48

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.

"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.

***21:45

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.

H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.

***20:40

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və İsveçin "Hakken" klubunun start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.

"Hakken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.

BAKU.WS