"Qarabağ" - "Hakken" oyununun hakimləri açıqlanıb
Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun matçının təyinatları bəlli olub.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
Oxşar xəbərlər
Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubu...