SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti saxlanılıb.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, klubun prezidenti Faruk Koca da daxil olmaqla 3 nəfər tutulub.

***09:51

Ötən gecə Türkiyə Superliqasında "Ankaragücü" klubunun prezidenti Faruk Kocanın "Çaykur Rizespor"la oyundan sonra hakim Halil Umut Meləri yumruqla vurması siyasət dünyasından çox sərt reaksiyalar alıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə əlaqədar iki nəfərin saxlanıldığını açıqlayıb. 

Nazir Yerlikaya hakim Melere hücum edən "Ankaragücü" klubunun prezidenti Faruk Kocanın xəstəxanada müalicəsindən sonra nəzarətə alınacağını, həmçinin K.Ç və Ş. Y. Ş adlı şəxslərin Ankara Qərbi Respublika Prokurorluğununun göstərişi ilə saxlanıldığı bildirib.

Bundan başqa, Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bak da bu çirkin hücuma münasibət bildirib və "İdman və türk futbolunun ruhuna uyğun gəlməyən bu görüntüləri öz meydanlarımızda görmək istəmirik" deyib. 

BAKU.WS
VİDEO