SİZİN REKLAM BURADA!
055 213 76 73


“Barselona”nın müdafiəçisi Markos Alonso klub ilə müqaviləsi başa çatan kimi (2024-cü ilin yayında) Kataloniya klubunu tərk etmək niyyətindədir.

Məlumata görə, ispaniyalı futbolçu Xavinin komandasında ona verilən oyun müddətindən narazıdır. 

Xatırladaq ki, bu mövsüm ispaniyalı bütün turnirlərdə yeddi matçda iştirak edib və heç nə ilə yadda qalmayıb. Ümumilikdə Alonso meydanda 299 dəqiqə keçirib. Futbolçu hazırda belindəki zədəni sağaldır. Müdafiəçi 2022-ci ildə “Çelsi”dən “Barselona”ya keçib.//oxu.az

BAKU.WS