SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"da transfer işləri davam edir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılar" performansını yaxından izlədikləri keçmiş futbolçusunu yenidən heyətinə qatmaq istəyir.

İstanbul təmsilçisi bu mövsüm Super Liqadakı çıxışı ilə diqqət çəkən Erencan Yardımcı transfer gündəminə daxil edib.

Okan Buruk "Pendikspor"da icarə əsasında çıxış edən 21 yaşlı futbolçunu ikinci mərkəz hücumçusu kimi "Qalatasaray"a transfer etmək istəyir.

Qeyd olunur ki, "Qalatasaray"ın yetirməsi olan Erencan 2 il əvvəl təxminən 500 min avroya "Eyüpspor"a satılarkən, bu transferin maliyyə "fair-play"ni aşmaq üçün edildiyi iddia edilmişdi. 

Erencan "Eyüp"dən icarəyə getdiyi "Alanya"da da çox yaxşı çıxış edib. Daha sonra İstanbulun daha bir komandası "Pendik"ə icarəyə verilib.

Gənc futbolçu mövsümün sonunda "Eyüp"ə qayıdacaq.

BAKU.WS