“Sumqayıt”ın futbolçusunun ayağın sındıran oyunçuya ağır cəza - VİDEO

AFFA İntizam Komitəsi "Lerik"in futbolçusu Rahid Ağazadəyə bütün turnirlər daxil olmaqla 6 oyunluq cəza verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, buna onun "Sumqayıt"la Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçında rəqib oyunçu Kristian Velinovskiyə qarşı etdiyi kobudluq səbəb olub.
Ağazadə birbaşa qırmızı vərəqə alıb. Hadisə nəticəsində Şimali Makedoniyadan olan futbolçu əmək qabiliyyətini bir neçə ay itirib.
PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsasən Rahid Ağazadə bütün turnirlər daxil olmaqla 6 oyunluq cəzalanıb, “Lerik” klubu 300 manat cərimə edilib.
Qeyd edək ki, matçda ayağı sınan Kristian Velinovski 3-4 aydan sonra məşqlərə başlaya biləcək. Qarşılaşma "Sumqayıt"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
