AFFA futbolçuları cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turunda baş verənlər müzakirə olunub.
Premyer Liqanın XVI turunun “Sumqayıt”–“Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın XVI turunun “Sumqayıt”–“Zirə” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə”nin futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
I Divizionun XIV turunun “Turan Tovuz”–“Səbail-2” oyununda polis və təcili yardım maşını vaxtında stadiona gəlməyib və bu səbəbdən oyuna 13 dəqiqə gec başlayıb. Təşkilati işlər qaydasında olmadığına görə meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59). I Divizionun XIV turunun “Sabah-2”–“Zaqatala” oyununda “Zaqatala” klubunun 17 nömrəli futbolçusu Bəhruz Teymurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
I Divizionun XIV turunun MOİK–“Kəpəz” oyununda “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oxşar xəbərlər
AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib. AFFA-dan BAKU.WS-ə bildirilib ki, 2019-cu ilin son yığıncağında A...