SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina ölkə xaricində əməliyyat olunacaq.

Bu barədə Report-a "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, konkretləşmədiyi üçün həmin ölkənin adını açıqlamayıb:

"İlkin müayinədən sonra Medinanın 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Amma dəqiq məlumat əməliyyatdan sonra bilinəcək".

Qeyd edək ki, kolumbiyalı müdafiəçi görüşün 75-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hazırda "Qarabağ" 7 xalla ikinci pillədə yer alıb. Eyni xala malik Norveç təmsilçisi üçüncüdür.

BAKU.WS