1-6 məğlubiyyətlə üzləşən "Fənərbağça"lı azarkeşləri dəli edən İkardi sevinci - FOTO

Ötən gecə UEFA Konfrans Liqasının 5-ci həftəsinin matçında “Nordjaelland”ın qonağı olan “Fənərbağça” klubu ağır məğlubiyyətlə üzləşib.
BAKU.WS xəbər verir ki, dramatik matç maraqlı anlarla yadda qalıb.
Belə ki, "Fənərbağça"ya 3 qol vuran Benjamin Nyqren, qolunu Mauro İkardinin qol sevinci ilə qeyd edib.
Onun bu hərəkəti "sarı-göylü" azarkeşlərin reaksiyasına səbəb olub.
22 yaşlı isveçli futbolçu matçdan sonra bu açıqlamaları verib:
"Het-trikim, eləcə də "Fənərbaxça"ya qarşı 6:1 hesablı qələbəmiz böyük hadisədir. Bu, son illərin ən yaxşı oyunu idi. Bunu mahnı və rəqslə qeyd etməliyik".
Qeyd edək ki, Danimarkada 6:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi qrup cədvəlində 3-cü pilləyə düşüb.
Qalereya
Oxşar xəbərlər
Səfərdə ağır məğlubiyyət alan "Fənər"in üzvü əsəblərinə hakim ola bilmədi - FOTO
UEFA Konfrans Liqasının 5-ci həftə matçında “Nordjaelland”ın qonağı olan “Fənərbağça” klubu ağır məğlubiyyətlə üzləşib. BAKU.WS xəbər verir ki, Danimarkada 6:1...
