Səfərdə ağır məğlubiyyət alan "Fənər"in üzvü əsəblərinə hakim ola bilmədi - FOTO

Səfərdə ağır məğlubiyyət alan Fənərin üzvü əsəblərinə hakim ola bilmədi - FOTO
Foto
İdman 1

UEFA Konfrans Liqasının 5-ci həftə matçında “Nordjaelland”ın qonağı olan “Fənərbağça” klubu ağır məğlubiyyətlə üzləşib.

BAKU.WS xəbər verir ki, Danimarkada 6:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi qrup cədvəlində də 3-cü pilləyə düşüb.

Səfərdə darmadağınla üzləşən "Fənər"in futbolçularından biri matçdan sonra əsəblərinə hakim ola bilməyib.

Türkiyə millisi və “Fənərbağça”nın üzvü olan İrfan Can Kahveci hakimin fitindən sonra tribunada əyləşən fanatlarla mübahisə etməyə başlayıb.

Stadionun mühafizəsi və komanda yoldaşları tribunalara doğru gedən futbolçunu çətinliklə sakitləşdirməyi bacarıb.

Son xəbərlər