SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Konfrans Liqasının 5-ci həftə matçında “Nordjaelland”ın qonağı olan “Fənərbağça” klubu ağır məğlubiyyətlə üzləşib. 

BAKU.WS xəbər verir ki, Danimarkada 6:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi qrup cədvəlində də 3-cü pilləyə düşüb. 

Səfərdə darmadağınla üzləşən "Fənər"in futbolçularından biri matçdan sonra əsəblərinə hakim ola bilməyib. 

Türkiyə millisi və “Fənərbağça”nın üzvü olan İrfan Can Kahveci hakimin fitindən sonra tribunada əyləşən fanatlarla mübahisə etməyə başlayıb.

Stadionun mühafizəsi və komanda yoldaşları tribunalara doğru gedən futbolçunu çətinliklə sakitləşdirməyi bacarıb. 

BAKU.WS
QALEREYA