SİZİN REKLAM BURADA!
055 213 76 73


"Tək mənim yox, digər mütəxəssislərin də adı milli ilə hallanır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis gedişatın heç vaxt dəyişmədiyini bildirib: "Elə 15 ildir ki, adım hallanır. Hər dəfə belə olub. Müzakirələr də eyni proqram üzrə gedir".

Qurbanov "Yığmada əcnəbi, yoxsa yerli baş məşqçinin olmasının tərəfdarısınız" sualını bu cür cavablandırıb: "Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim nə düzgün olar, nə də bunu istəyirəm".

BAKU.WS