SİZİN REKLAM BURADA!
055 213 76 73


Britaniya mətbuatı Almaniyada keçiriləcək AVRO-2024-ün səbətləri barədə simulyasiya xarakterli məlumat dərc edib.

BAKU.WS The Sun-a istinadən xəbər verir ki, seçmə mərhələni qrup lideri kimi başa vuran Türkiyə Milli komandası nəhəng turnirə 2-ci səbətdən qatılacaq.

Məlumata görə, “ay-ulduzlular” İngiltərə Şotlandiya və İtaliya ilə eyni qrupda yer alacaq.

Komandaların gücü etibarilə ən çətini Türkiyənin də yer aldığı qrupdur.

1-ci qrup: Almaniya, Danimarka, Çexiya, Pley-off A

2-ci qrup: İspaniya, Albaniya, Slovakiya, Serbiya

3-cü qrup: Fransa, Rumıniya, Sloveniya, Pley-off C

4-cü qrup: İngiltərə, Türkiyə, Şotlandiya, İtaliya

5-ci qrup: Belçika, Macarıstan, Xorvatiya, İsveçrə

6-cı qrup: Portuqaliya, Avstriya, Hollandiya, Pley-off B

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 2-də keçiriləcək.

BAKU.WS