2027-ci ildə Çempionlar Liqasının finalı Bakıda yox, Madriddə oynanılacaq
19
mar
2025
23:00
Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.
"Report" xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Qitənin ən nüfuzlu klub turnirinin sözügedən ildəki həlledici qarşılaşması İspaniyanın paytaxtı Madriddə yerləşən "Metropolitano" stadionunda oynanılacaq.
Qeyd edək ki, 2027-ci ildə baş tutacaq final görüşünə ev sahibliyi etmək üçün Bakı və Madrid şəhərləri öz namizədliklərini irəli sürmüşdü.
Oxşar xəbərlər
Əfran İsmayılova yeni vəzifə verildi
Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılov "Şəfa" klubunun vitse-prezidenti vəzifəsinə təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə klubu...