Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxıb

27
mar
2023
23:00
Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətində yubiley oyununa çıxıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveçlə səfər oyununda start heyətində yer almaqla buna nail olub.
Stokholmdakı qarşılaşmanın ilk “11-liy”ində yer alan 23 yaşlı sol cinah müdafiəçisi yığmada 10-cu qarşılaşmasına çıxıb.
Qeyd edək ki, 2021-ci ilin martında Azərbaycan millisində debüt edən Elvin Cəfərquliyev ötən ilin noyabrında Şimali Makedoniya (3:1) ilə yoldaşlıq görüşündə qol vurub.
Oxşar xəbərlər
Azərbaycan millisi səfərdə Şimali Makedoniyaya qalib gəlib - YENİLƏNİB
Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başa çatıb. Görüş milli komandamızın 3:1 hesablı qələbəsi ilə ba...
