"Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda tədbirlər keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Cənub Regional Mərkəzi tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında, Muğan Regional Mərkəzi tərəfindən Salyan, Biləsuvar, Neftçala, Sabirabad rayonlarında və Şirvan şəhərində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə, Ağdam və Beyləqan rayonlarında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonunda, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunun sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...