Putinin Zelenski ilə İstanbulda görüşməsi üçün üç şərt AÇIQLANIB

Putinin Zelenski ilə İstanbulda görüşməsi üçün üç şərt AÇIQLANIB
Dünya 171

"Rusiya Prezidenti Vladimir Putin İstanbulda görüşə yalnız üç əsas şərt yerinə yetirildiyi halda hazır olacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri politoloq Sergey Markov "komsomolskaya pravda"ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Ağ Ev Putindən xahiş edib ki, Türkiyəyə gəlsin: "Burada Vladimir Zelenskinin də iştirak edəcəyi gözlənilir. Bu isə ABŞ Prezidenti Donald Trampa sülhməramlı kimi çıxış etmək imkanı yaradacaq".

Markov həmçinin Putinin İstanbula getmək üçün şərtlərini belə sıralayıb:

Kreml ilk növbədə Trampdan bu danışıqların necə keçə biləcəyi barədə təsəvvür almaq istəyir.

İkincisi, Tramp Zelenskinin kobud və təxribat xarakterli davranışlarının qarşısını almalıdır.

Üçüncü şərt odur ki, Tramp danışığı əvvəlcədən razılaşdırılmış konstruktiv məcraya yönəltməyə çalışacaq.

Politoloq qeyd edib ki, hazırda Moskva və Vaşinqton arasında bu mövzu ilə bağlı intensiv danışıqlar gedir:

"Görüş üçün müəyyən imkanlar mövcuddur, lakin bu hetimal çox azdır. ABŞ prezidentinin Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlərinin qrafikində dəyişiklik olarsa, bu, İstanbulda Putinin, Trampın və Zelenskinin şəxsi görüşünün baş tutacağına işarə ola bilər".

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin 15 may cümə axşamı Türkiyədə Ukrayna ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlara başlamağı təklif edib. Rusiya Prezidenti uzunmüddətli sülhə çağırış edib və Moskvanın diplomatik yolla böhranın həlli təklifinin artıq "masa üzərində" olduğunu bildirib. O, qərarı isə Ukrayna və onun müttəfiqlərinə buraxıb.

Zelenski bu təklifə cavab olaraq bildirib ki, əgər Rusiya 12 may, bazar ertəsindən etibarən tam və davamlı atəşkəsə razılaşarsa, o, 15 mayda Türkiyədə Putini şəxsən danışıqlarda gözləyəcək. Avropa liderləri də danışıqlardan əvvəl, azı 30 günlük atəşkəsə çağırış ediblər.

Son xəbərlər