Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxıb

Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxıb
İdman 68

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətində yubiley oyununa çıxıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveçlə səfər oyununda start heyətində yer almaqla buna nail olub.

Stokholmdakı qarşılaşmanın ilk “11-liy”ində yer alan 23 yaşlı sol cinah müdafiəçisi yığmada 10-cu qarşılaşmasına çıxıb.

Qeyd edək ki, 2021-ci ilin martında Azərbaycan millisində debüt edən Elvin Cəfərquliyev ötən ilin noyabrında Şimali Makedoniya (3:1) ilə yoldaşlıq görüşündə qol vurub.

Oxşar xəbərlər

Son xəbərlər