Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib - YENİLƏNİB
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
***22:50
Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaltdı.
Beləliklə hesab Azərbaycan millisinin üstünlüyünü minimuma endi.
***22:02
Azərbaycan millisi Moldova ilə oyunun ikinci hissəsinə üstünlüklə başladı.
Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.
***21:42
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.
Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.
Bu, 27 yaşlı yarımmüdafiəçinin yığmada ilk qolu olub.
Beləcə Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.
***21:29
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.
28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.
***21:01
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.
"Zimbru" stadionundakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu yığma noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.
Xatırladaq ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:
Moldova: 1.Dmitri Çelyadnik. 2.Oleq Ryabçuk, 4.İqor Armaş, 7.Artur Yonitse (k), 10.Yevgeni Koçuk, 11.Vitali Damașkan, 13.Mixail Kaymakov, 14.Yuri Yovu, 17.Daniel Dumbravanu, 21.Yoan-Kelin Revenko, 22.Vadim Ratse
Ehtiyat oyunçular: 12.Kristian Avram, 23.Dorian Raylyan, 3.Vadim Boloxan, 5.Serciu Platika, 6.Kristian Dros, 8.Nikita Motspan, 9.Mixail Ştefan, 15.Yon Jardan, 16.Viktor Stıne, 18.Marius Yosipoy, 19.Virciliu Postolaki, 20.Mixai Platika, 24.Yaser Tsurkan, 25.Sergey Kleşenko, 26.Serafim Kojokar
Baş məşqçi: Sergey Kleşenko
Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 18.Anton Krivotsyuk, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Səlahət Ağayev, 2.Amin Seydiyev, 3.Azər Salahlı, 4.Bəhlul Mustafazade, 5.Cəlal Hüseynov, 7.Namik Ələskərov, 9.Renat Dadaşov, 10.Mahir Emreli, 13.Anatoli Nuriyev, 14.Ceyhun Nuriyev, 16.Elvin Camalov, 17.Toral Bayramov, 25.Rövlan Muradov, 26.Qismət Alıyev
Baş məşqçi: Canni De Byazi
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...