Xabi Alonsonun "Real Madrid"ə gələcəyi tarix bilindi

Xabi Alonso iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Çempionatı öncəsi "Real Madrid"in baş məşqçisi olacaq
BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ispaniyalının təyinatı iyunun 1-də açıqlanacaq. Xabi Alonsonun baş məşqçi təyin olunması barədə qərar ötən həftə rəhbərlik tərəfindən verilib və əvvəllər "Real"ın klublararası dünya çempionatında müvəqqəti məşqçinin: Santyaqo Solari və ya Raulun rəhbərliyi altında oynayacağını düşünüblər.
Qeyd olunub ki, Xabi Alonso "Real Madrid"in yeni baş məşqçisi postunda italiyalı məşqçi Karlo Ançelottini əvəzləməyə hazırlaşır. Ötən həftə Xabi Alonsonun "Bayer Leverkuzen"in baş məşqçi postunu tərk edəcəyi məlum olub. O, komandanı tarixində ilk dəfə Almaniya çempionluğu və Superkubok qələbəsinə aparıb.
Bu mövsüm Çempionlar Liqasının hazırkı qalibi olan "Real Madrid" 1/4 finalda London "Arsenal"ına məğlub olaraq turnirdən kənarda qalıb. İspaniya çempionatının turnir cədvəlində komanda 75 xalla ikinci pillədə qərarlaşıb. "Barselona" liderdir (82).
Oxşar xəbərlər
Azərbaycanlı qadın güləşçi qızıl medal qazandı
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U20 Avropa çempionatında qızıl medal qazanıb. BAKU.WS xəbə...
