VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ ispaniyalı müdafiəçi Serxio Ramos və argentinalı hücumçu Lionel Messi ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "L'Equipe" nəşrinin yaydığı məlumatda bildirilib.

PSJ rəsmiləri dəfələrlə argentinalı futbolçunun heyətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Lakin maliyyə fair play-nə görə, PSJ-yə növbəti sanksiyalar gələ bilər və bu da vəziyyəti bir qədər gərginləşdirib.

Klub bu yaxınlarda 400 milyon avroluq ziyana uğradığını açıqlayıb. Odur ki, Messi və Ramos yeni iqtisadi siyasətin qurbanları ola bilərlər.

Hər iki futbolçu ilə danışıqlar qeyri-rəsmi formada davam etdirilsə də, müqavilə yalnız maliyyə məsələləri yoluna qoyulduqdan sonra imzalana bilər.

Xatırladaq ki, Paris təmsilçisi Karlos Soler, Renatu Sançeş, Fabian Ruis, Juan Bernat və Hüqo Ekitikeni göndərməyə hazırlaşır. Klubun maliyyə feyr-pleyinə uyğunlaşmaq üçün gəlir və xərclər arasındakı fərqi azaltmaq ehtiyacına görə bu addımı atacağı bildirilib.

BAKU.WS