Prospektdə sürücüləri çaşdıran xətlənmə: "Bu xətti kəsmək olar, yoxsa olmaz?"

Paytaxtın Xətai rayonunun əsas prospektlərindən sayılan Gəncə prospektində aparılan xətlənmə sürücülərin çaşqınlığına səbəb olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, çaşqınlığa səbəb prospekt boyu sağ zolağı digər zolaqlardan 1.1 xəttinin ayırmasıdır.
"Adam sağ zolağa keçməyə qorxur. Əvvəl avtobus zolağı etmişdilər. Sonra gətirib ağ boyanın üstündən qara boya çəkdilər. Həmin boya silindi, yenə ağ boya kəsilməz xətt kimi qalıb yerində. Bilmək olmur ki, biz sağ zolağa keçə bilərik, ya yox", - deyə sürücülərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, həmin yolda sağ zolağa keçmək üçün hər hansı problem yoxdur.

"COP29 nəqliyyat təminatı çərçivəsində bəzi küçə və prospektlərdə təşkil olunan xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra qüvvəsini itirib. Həmin yollarda 5.9 "marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları sökülüb və xətlər silinib.
Xətlənmənin vəziyyətindən asılı olmayaraq, 5.9 yol nişanı yoxdursa, sürücülər bu yollardan sərbəst istifadə edə bilərlər.
Mütəmadi olaraq paytaxt yollarında monitorinqlər aparılır. Aşkar edilən uyğunsuzluqlar aradan qaldırılır. Sürücülər hərəkətdə olarkən yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar", - deyə T.Orucov vurğulayıb.
Oxşar xəbərlər
İnsanlar niyə saxta evliliyə gedirlər?
Sosial şəbəkələrdə pul qarşılığında saxta evlilik təkliflərinə rast gəlinir. Bəzi şəxslər xarici ölkədə yaşamaq üçün saxta rəsmi nikah təkliflərini qəbul edirlə...
