PSJ Messinin əvəzləyicisini tapıb

Fransa PSJ-si cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Argentina millisinin futbolçusu Lionel Messinin əvəzləyicisini tapıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Paris təmsilçisi 35 yaşlı hücumçunun gedişindən sonra yarana biləcək boşluğu İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Bernardu Silva ilə doldurmaq istəyir.
PSJ əvvəlcə heyətdə Karlos Soler və Fabian Ruis kimi oyunçuların olduğunu nəzərə alaraq, portuqaliyalı hücumameyli yarımmüdafiəçidən imtina edib. Lakin klubun idman direktoru Luis Kampos "Monako"dan yaxşı tanıdığı 28 yaşlı vingerin transferində şəxsən maraqlıdır. O, hesab edir ki, Silva argentinalını layiqincə əvəzləyə bilər.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Oxşar xəbərlər
35 yaşı tamam olan Messi haqqında maraqlı faktlar
Bu gün futbol ulduzu Lionel Messinin (Luis Lionel Andres Messi) 35 yaşı olur. BAKU.WS onun haqqında maraqlı faktları təqdim edir: 1) Messi 11 yaşında olanda böy...
