Lionel Messi qalır, Neymar satılır

Argentina millisinin futbolçusu Lionel Messi cari mövsümün sonunda Fransa PSJ-sini tərk etməyəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu növbəti mövsümdə də Paris klubunun formasını geyinəcək.
Əvəzində isə Braziliya millisinin üzvü Neymarın komandadan ayrılacağı gözlənilir. Liqa 1 təmsilçisi bu yay yaxşı təklif gələcəyi halda, ulduz futbolçunu satmağı planlaşdırır.
30 yaşlı forvard karyerasını ABŞ-da davam etdirə bilər. Təcrübəli oyunçunun özü də MLS-də çıxış etməyin əleyhinə deyil.
Qeyd edək ki, bu mövsüm Lionel Messi 30 oyunda 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Neymar isə 25 matçda 11 dəfə fərqlənib. Onun aktivində 5 qol ötürməsi də var.
Oxşar xəbərlər
Messi PSJ karyerası ilə bağlı qərarını verib
Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ klubundakı karyerası ilə bağlı qərar verib. BAKU.WS "report”a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu P...
