Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
Azərbaycan-Türkiyə birliyinə qarşı müxtəlif məsələlər üzrə mütəşəkkil şəkildə dezinformasiya kampaniyaları aparılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq baxış" adlı panel iclasındakı çıxışında deyib.
Azərbaycan-Türkiyə intellektual bağlantısının türk birliyində mühüm rol oynadığını vurğulayan BMTMM sədrinin sözlərinə görə, türk dövlətlərinin dezinformasiyaya qarşı birgə mübarizə aparmaları vacibdir.
O, müəyyən dairələr tərəfindən türk dövlətləri arasında yaxınlaşmanın yeni bir pantürkist ideya yaradılması cəhdi kimi qələmə verilməsinin tamamilə əsassız olduğunu bildirib.
F.Şəfiyev əlavə edib ki, Azərbaycan-Türkiyə birliyinə qarşı müxtəlif istiqamətlər üzrə mütəşəkkil dezinformasiya kampaniyaları aparılır:
"Yaxın Şərqdə baş verən hadisələri də qeyd etmək istərdim. Azərbaycan Yaxın Şərqlə bağlı siyasətini Türkiyə ilə əlaqələndirir və bu, bəzilərini narahat edir. Məsələn, İsrail məsələsində Azərbaycan və Türkiyənin qardaşlığına qarşı mütəşəkkil şəkildə dezinformasiya yayılmasının şahidiyik".
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. BAKU.WS xəbər verir ki, Hakan Fidan Türkiyə Respubli...