Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!"

Sevdadan mahnısını bəyənməyənlərə cavab: Sakit olun, mahnıdır, dissertasiya deyil!
Video
Şou-biznes 76

Müğənni Sevda Yahyayeva yeni təqdim etdiyi "Kukla Kimi" mahnısını və klipini bəyənməyənlərə cavab verib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında bu barədə paylaşım edib.

mahnı təqdim olunduqdan sonra sənətçi tənqidlərə məruz qalıb. Sevda yazılan mənfi rəylərə cavab verərək insanları mahnıdan zövq almağa səsləyib.

İfaçı "Sakit olun. "Kukla Kimi" mahnısında fəlsəfə axtarmayın. Sadəcə qulaq asın, əylənin, rəqs edin. Mahnıdır da, dissertasiya deyil!" -deyə paylaşımında qeyd edib.

Xatırladaq ki, Yahyayeva "Kukla Kimi" mahnısını və klipini ötən gün təqdim edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər