Dünyanın ən ədalətsiz qərarı - 70 il sonra bəraət alan 14 yaşlının acı taleyi

Dünyanın ən ədalətsiz qərarı - 70 il sonra bəraət alan 14 yaşlının acı taleyi
Video
Digər 290

Dünyada ədalətsizliklə nəticələnən məhkəmələr baş çox olub. Lakin ən bərbad və qorxunc ədalətsizlik 20-ci əsrdə ABŞ-da keçirilən məhkəmədə qeydə alınıb.

BAKU.WS xəbər verir ki, George Stinney adlı 14 yaşlı yeniyetmə sadəcə qaradərili olduğu üçün keçirilən məhkəmədə son dərəcə qəddarlıqla mühakimə olunub. Məhkəmə zamanı ağdərili hakim və hakim heyyəti, eləcədə də, dövlət ittihamçısı baş verən qanlı cinayəti araşdırmadan ədalətsiz qərar qəbul ediblər.

Belə ki, 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızlar amansızcasına qətl ediliblər. Onlar zorlanıb və sonra başları dəmir parçası ilə əzilib. Hadisə baş verən zaman George Stinney həmin ərazidə olub. Haraya birinci çatan Stinney nə baş verdiyini anlamadan polislər tərəfində saxlanılıb. Onun qaradərili olması səbəbindən ətrafda olan qonşular da Stinneyin əleyhinə şahidlik ediblər.

Yaşadığı yerdən 80 km uzaqlıqda həyata keçirilən məhkəmədə 14 yaşlı oğlanı müdafiə etməsi üçün heç bir vəkil təyin olunmayıb. Beləliklə onun başına 5380 volt elektrik verilərək amansızcasına edam edilib.

Ölümündən 70 il sonra Cənubi Karolinadaki bir hakim tərəfindən günahsız olduğu sübut olunub. İki qızın öldürüldüyü alət 19.07 kiloqramdan daha ağır idi, buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün deyildi, iki qızı öldürəcək qədər sərt vura biləcək gücü də yox idi. Sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və daha 14 yaşında ikən həyatı əlindən alınıb.

Son xəbərlər