Türkiyənin nəhəng tekstil şirkəti iflas etdi – Yüzlərlə işçi işsiz qaldı

Türkiyənin nəhəng tekstil şirkəti iflas etdi.
BAKU.WS xəbər verir ki, qlobal iqtisadi böhran səbəbilə bir çox şirkət fəaliyyətini dayandırmaq məcburiyyətində qalarkən, son iflas xəbəri Türkiyənin Kırklareli şəhərində yerləşən böyük tekstil istehsalçısı Fabrilla Tekstildən gəlib.
Maliyyə çətinlikləri ilə üzləşən şirkət bir müddət əvvəl konkordat (borcların ödənməsi üçün hüquqi müdafiə) tələb etmişdi. Lakin Kırklareli 3-cü Asliye Məhkəməsi bu tələbi rədd edib. 5 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında şirkətin borclarını ödəyə bilməyəcəyi qərara alınıb və beləliklə, bütün qoruma tədbirləri ləğv edilib.
Məhkəmə qərarı ilə Fabrilla Tekstilin 5 may saat 14:48-dən etibarən rəsmi olaraq iflas etdiyi açıqlanıb. Şirkətin iflas prosesi sadələşdirilmiş ləğv üsulu ilə həyata keçiriləcək və proses Kırklareli İcra (İflas) İdarəsi tərəfindən aparılacaq.
Bu qərarla şirkətin bütün istehsal və ticarət fəaliyyətləri dayandırılıb. Nəticədə yüzlərlə işçi işsiz qalıb.
Oxşar xəbərlər
Madonnanın həyatından serial çəkəcəklər
Popun kraliçası Madonnanın həyatı ekranlaşdırılır. BAKU.WS xəbər verir ki, sənətçinin həyatı serial olacaq. Ekran işinin rejissoru Şoun Levidir. Layihə "Netfli...
