055 213 76 73
![](http://az.baku.ws/uploads/posts/2015-09/1442552424_2c6f830700000578-3238961-the_south_korean_forward_celebrates_with_his_team_mates_after_co-a-294_1442527324643.jpg)
UEFA Avropa Liqası Qrup mərhələsinin ilk oyunları baş tutub.
BAKU.WS-in məlumatına görə, "Qarabağ" klubu səfərdə İngiltərə təmsilçisi olan "Tottenham Hotspur" klubu ilə qarşılaşıb. Təmsilçimiz oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alıb.
İlk 10 dəqiqədə təmsilmiz rəqib qapısına yol tapa bilib. Matçın 7-ci dəqiqəsində Almeyda penaltidən hesabı açıb. Ancaq qol sevincimiz çox keçmədən qapımızdan iki qol buraxdıq. Matçın 28-29-cu dəqiqələrində ardıcıl qollar vuran Son Xın Min hesabı 2:1-ə çatdırıb. Matçda sonuncu qol isə 87-ci dəqiqəyə təsadüf edib. Lamela hesabı müəyyəşlədirən qolu vuraraq hesabı 3-ə çatdırıb.
UEFA Avropa Liqasındakı digər təmsilçimiz "Qəbələ" isə Yunanıstanın güclü klublarından PAOK-la münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Rəqibinə qarşı əks hücumlarla cavab verməyə çalışan "Qəbələ" 90 dəqiqə ərzində rəqib qapısına yol tapmayıb.
PAOK-un hücumlarının məharətlə qarşısını alan təmsilçimiz öz qapısını da toxunulmaz saxlayıb. "Qəbələ" ilk matçında heç-heçə edərək 1 xalı aktivinə yazdırıb.
ŞAHİN Həbibov
BAKU.WS