Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr postu uğrunda RƏQABƏT: Yeni namizəd irəli sürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sədr postuna yeni namizəd irəli sürüb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat AKİ-nin sabah keçiriləcək konfransla bağlı yaydığı müraciətində yer alıb.
Qeyd olunub ki, AKİ-nin sədr postuna Xalq artisti Şəfiqə Məmmədova ilə yanaşı Xalq artisti Həmidə Məmməd qızı Ömərovanın namizədliyi irəli sürülüb.
Konfrans nümayəndələrinə ünvanlanan müraciətdə bildirilib ki, sədr seçkisi ilə bağlı alternativ namizədlər də olmalıdır və buna qətiyyən məhdudiyyət qoyulmamalıdır.
"AKİ sədrinin seçilməsi şəffaf, ən əsası, demokratik prinsiplər əsasında baş tutmalıdır. Alternativsiz keçirilən seçki ədalətli sayıla bilməz", - deyə müraciətdə vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...