İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb
ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Nazirliyindən bildirilib ki, İran ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Epoch Times" qəzetinin müxbiri Rayan Morgan ABŞ-nin hərbi dəniz qüvvələri naziri səlahiyyətlərini icra edən Hang Kaonun bəyanatına istinadən "X" sosial şəbəkəsində bildirib.
Qeyd olunub ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahı yerləşir. Onun əməliyyat məsuliyyət zonasına Fars körfəzi, Qırmızı dəniz və Hind okeanının bəzi hissələri daxildir. Kao bildirib ki, İran "Bəhreyni tamamilə darmadağın edib".
Bundan əlavə, o təsdiqləyib ki, bu zərbələr nəticəsində "Abraham Lincoln" aviadaşıyıcısı üçün Bəhreyndə "yan almağa yer" qalmayıb.
Daha əvvəl "MS Now" telekanalı məlumat vermişdi ki, təyyarədaşıyan gəminin uzunmüddətli səfəri avadanlıqlarla, o cümlədən təyyarələrin qalxması və enməsi üçün nəzərdə tutulan avadanlıqlarla bağlı problemlərə gətirib çıxarıb.
Hang Kao həmçinin dəqiqləşdirib ki, ABŞ HDQ Bəhreyndəki dağıdılmış bazaları ümumiyyətlə bərpa edib-etməyəcəyi məsələsini müzakirə edir.
Oxşar xəbərlər
Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalqaridə 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlə...