SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan klubu qış transfer pəncərəsində 7 milyon dollar dəyərində hücumçu axtarır.

Söhbət AFFA Yüksək Qızlar Liqasında mübarizə aparan "Xırdalan City" Futbol Klubundan gedir.

BAKU.WS xəbər verir ki, bu barədə offsideplus.az-a klubun meneceri Ağasəf Osmanlı məlumat verib. Transferin detallarından danışmayan menecer bildirib ki, bu haqda ətraflı məlumatı yaxın günlərdə mediaya açıqlayacaq.

Qadınların çempionatında iddialı performans göstərən "Xırdalan City" klubu ilk dövrədə keçirdiyi 9 oyunda 7 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb və hazırda çempionluğa iddialı 4 komandadan biridir. Avqust, Sentyabr aylarında klubun brendinqi üzərində aktiv işləyən idarə heyəti partnoyluq və əməkdaşlıq istiqamətində bir neçə uğurlu nəticələr əldə etmişdi. Klubun menecerinin bu transfer barədə açıqlaması olduqca maraq doğurub və qısa zamanda bu barədə məlumat əldə etməyə çalışacağıq.

BAKU.WS