Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
BAKU.WS DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şahidlərin "Report"a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib. Bildirilir ki, güllə müəllimənin boyun nayihəsinə dəyib.
***10:30
Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...