Reper dilənçiyə 50 avro verdi
10
fev
2026
23:50
Məşhur reper Blok3 (Hakan Aydın) xeyirxah addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, İngiltərədə açıq səma altındakı restoranlardan birində əyləşən sənətçi ona yaxınlaşan dilənçi qadını sevindirib.
Reper ona 50 avro (təxminən 101 AZN) pul verib. Pulu görən qadın sevinərək oradan ayrılıb.
Daha sonra o, Blok3-ə kiçik ölçülü şəkil gətirib verib. Reperin dostları fotodakı şəxsin İsa peyğəmbər olduğunu bildiriblər.
Reper qadının bu fotonu ona yaxşı niyyətlə verdiyini qeyd edib.
Oxşar xəbərlər
Doğuş vəfat edən aparıcıya halallıq verdi
Müğənni Doğuş sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi bu gün vəfat edən türkiyəli aparıcı və jurnalist Reha Muhtara halallıq...