Vüsalədən 14 yaşlı qızına: "Səni Allahdan həyatım bahasına istədim"
Aparıcı Vüsalə Əlizadənin qızı Diləyin 14 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, aparıcı bu münasibətlə şəxsi instaqram hesabında onun görüntülərini paylaşaraq doğum gününü təbrik edib:
"Bu gün həyatımda qızıl hərflərlə yazılan möcüzə gün, 10 fevral. Dünyanın içində dünyamı qucaqladığım gün. Dünyama gəlişin həyat rənglərimi dəyişdirməklə yanaşı, çiyinlərimə elə bir yük qoydu ki, özüm öz gücümə, iradəmə heyran qaldım. Səni həyatım, canım, sağlamlığım bahasına olsa belə istəmişdim Allahımdan... Şükür olsun, Allah məni səninlə mükafatlandırdı. Məni ana edən Diləyim, həyatıma gəlişin mübarək" -deyə o qeyd edib.
Xatırladaq ki, aparıcı Vüsalə Əlizadə illər əvvəl birgə çalışdığı həmkarı Azər Zahidlə evlənib. Onların Dilək adlı bir qız övladı doğulub. Cütlük hazırda ailəli deyil.
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...