Bakı metrosu üçün "Stadler" qatarları alınacaq? - RƏSMİ CAVAB
"Bakı Metropoliteni"ndə vaqon parkının yenilənməsi yaxın illər üçün əsas prioritetlərdən biri kimi göstərilir.
BAKU.WS-in məlumatına görə, bu çərçivədə yeni qatarların alınması məsələsi gündəmdə olsa da, hələlik konkret istehsalçı ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Bununla belə, Avropa ölkələrində geniş istifadə olunan və müasir texnologiyaları ilə tanınan "Stadler" şirkətinin istehsalı olan qatarların Bakı metrosu üçün mümkün variantlar sırasında yer alması müzakirə mövzusudur.
Məlumatı dəqiqləşdirmək məqsədilə "Bakı Metropoliteni" QSC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, alınması nəzərdə tutulan qatarlar tender üsulu ilə həyata keçiriləcək:
"Tenderdə müasir standartlara cavab verən texniki tələblər əsasında satınalınma prosesi icra olunacaq. Hazırda "Bakı Metropoliteni" QSC-nin texniki şərtlər toplusu hazırlanıb və əsas tələblər müəyyənləşdirilib. Eyni zamanda dünyanın bir sıra vaqon istehsalı müəssisələri ilə qarşılıqlı müzakirələr, fikir və təcrübə mübadiləsi davam etdirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
İşsizlərin NƏZƏRİNƏ - Nazirlik tərəfindən işə qəbulla bağlı portal yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında "işə qəbul" portalı yaradılıb. Vətəndaşlar buradan vakansiyaları görə bilər. BAKU.WS xəbər verir ki, bu...