Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR
Foto
Şou-biznes 319

Uzun illərdir yerli televiziya kanallarında müxtəlif tipli verilişlər təqdim edilib və edilməkdədir. Bu layihələri müxtəlif aparıcılar tamaşaçılara sevdirib. Onlar eyni zamanda həm də ekranları izləyənlərin sevimlisi olublar. Bu aparıcıların bəziləri hazırda da verilişlər təqdim etdə də, efirdən uzaq qalan aparıcılarımız da az deyil.

Bu dəfə BAKU.WS saytı efirlərdən uzaq qalan aparıcıların siyahısını təqdim edir:

Aparıcı Zemfira Adıgözəlova

Hazırda efirlərdə görünməyən tanınmış aparıcılardan biri Zemfira Adıgözəlovadır. Tamaşaçılar onu "Lider" televiziyasındakı yayımlanan "Qızıl pillə" verilişi ilə tanıyıb, sevmişdilər. Aparıcı 2012-ci ildə verdiyi açıqlamalardan birində səhhəti ilə əlaqədar olaraq müəllifi və aparıcısı olduğu layihəni dayandırdığı və kanaldan ayrıldığını qeyd edib. Daha sonra Zemfira Adıgözəlova aparıcılıq etməyib. O bir müddət əvvəl verilişlərdən birində evliliyinin 25-ci ili tamam olanda oğlu dünyaya gəldiyini açıqlayıb. Aparıcı oğluna Amin adını verib. Zemfira Adıgözəlova Bakıda təşkilatçılıq işləri görən şirkətlərdən birində çalışır.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Arzu Həmzəyeva

Arzu Həmzəyeva illər əvvəl "İTV" və "Xəzər" televiziyalaının tanınmış siması olub. O 2019-cu ildə verdiyi açıqlamada efirə "Bir Arzu var" verilişi ilə çıxacağını açıqlayıb. O bu verilişi aktyor Rəşad Kəsəmənli ilə təqdim edib. Layihə bir müddət davam edib daha sonra isə yayımlanmayıb. Arzu Həmzəyeva ötən ilin sonlarında qızına nişan edib. Onun Londonda Ali təhsil alan qızı Ayla Coni adlı bəylə nişanlanıb.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Vüsalə Tağıyeva

Vüsalə keçmiş "ANS" televiziyasında "Bala Dili", "Marş", "Dissident", "Zərif Çərşənbə" kimi verilişlərin aparıcısı olub. O daha sonra "ATV" və "Space", "MTV" kimi kanallarda çalışıb. O "Space" TV-də "Şirin niyyət" verilişini təqdim edib. Vüsalə bir neçə il əvvəl "Xəzər" televiziyasında "Hərəkətə keç" adlı verilişin aparıcısı olub. Hazırda isə həmin layihə yayımlanmır. 2024-cü ildə yerli mətbuatda onun ana olacağı ilə bağlı xəbərlər yayılıb. Hazırda onun Sara adlı bir qızı var.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Günel Həsənzadə

Hamı onu "Banu" verilişinin aparıcısı kimi tanıyıb sevib. O 17 il bu layihənin aparıcısı olub. Günel Həsənzadə "Banu" verilişi ilə yanaşı "Space TV"də yayımlanan səhər verilişlərinin də aparıcısı olub. 2020-ci ildən mətbuatda onun ailə qurub xaricə köçdüyü ilə bağlı xəbərlər yayılıb. 2023-cü ildən isə bir müddət "Banu" verilişini şairə Nazilə Səfərli təqdim edib. O Günelin ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçdüyünü bildirib.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Gülnarə Məmmədova

Keçmiş ANS telekanalının tanınmış simalarından olan Gülnarə Məmmədova da hazırda efirlərdə yoxdur. O ANS TV-də "Xonça", "Kamerton" kimi reytinqli və baxımlı layihələrin aparıcısı olub. Gülnarə 2015-ci ildə ailə quraraq Türkiyəyə köçüb. O 11 il aradan sonra ilk dəfə ötən il ilk dəfə "Xəzər axşamı" verilişində qonaq olub. Aparıcı artıq Azərbaycana köçdüyünü və televiziyalarda iş təkliflərinə açıq olduğunu qeyd edib.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Həsən Əliyev

"Tək səbir", "Taksi" kimi verilişlərin aparıcısı olan Həsən Əliyev hazırda ABŞ-də yaşayır. O illər əvvəl ora köçüb. Bir neçə gün əvvəl onun yerli mediada görüntüləri yayılıb. Həsən Əliyev ABŞ-də həyatın zənn edildiyi kimi asan olmadığını vurğulayıb. O xaricə köçmək istəyən vətəndaşlar üçün məlumat xarakterli video paylaşıb.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Zabir Əliyev

Bir zamanlar "Lider TV"nin siması olan tanınmış aparıcı hazırda efirlərdən uzaq qalıb. O uzun illərdən sonra ilkm dəfə ötən il "Günorta efirdəyik" verilişində qonaq olub. Onun görünüşü xeyli dəyişib. Efirdə şeir səsləndirən Zabiri görənlər tanımaqda çətinlik çəkiblər. O əsasən "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bəyəndim" "TetATet" kimi verilişlərlə tanınıb.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Lalə Mustafayeva

Aparıcı Lalə Mustafayeva "Lider" telekanalında yayımlanan "Sizin səhhət" verilişinin aparıcısı olub. Daha sonra "Xəzər" telekanalında işə başlayıb və "Haradasan, mələk" verilişini təqdim edib. Daha sonra aparıcı efirlərdən uzaqlaşıb. O bir-iki il əvvəl həmkarı Elgiz Əkbərin verilişində ekdpert kimi də iştirak edib. Lakin burdan da ayrılıb. Lalə Mustafayeva hazırda Türkiyədə yaşayır və o ikinci dəfə iş adamı ilə ailə qurub. Aparıcı instaqramda adını "Lalə Mustafayeva-Şadlinskaya" kimi qeyd edib.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Kamilə Babayeva

Hamı onu "Zəif Bənd" verilişinin aparıcısı kimi tanıyıb sevsə də, Babayeva ötən illər ərzində bir çox reytinqli layihələr təqdim edib. O xeyli müddət "Lider TV", "AzTV", "ATV" kimi kanallarda müxtəlif verilişlərin aparısı olub. Sounucu dəfə isə sükutu 2023-cü ildə pozub. O "İTV" kanalında yayımlanan "Dikdaban" verilişi ilə ekranlara gəlib. Daha sonra onun bu verilişdən getməsi ilə bağlı xəbərlər yayılıb. O hazırda televiziyalarda görünməsə də, tədbirlərdə aparıcılıq edir.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Aparıcı Hüsniyyə Məhərrəmova

Ekranların sevilən siması artıq bir neçə ildir ki, ABŞ-yə köçərək orada yaşayır. O bu illər ərzində "Müzik ekspress", "Qaraj", "Şou N-1", "V element" kimi verilişlərin aparıcısı olub. Hüsniyyə Məhərrəmovanı efirlərdə həm də "Avroviziya" milli seçim turunun aparıcısı və beynəlxalq layihənin şərhçisi kimi görmüşük. Hazırda isə o Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir.

Bir zamanlar yerli televiziyaların ulduzu olan AZƏRBAYCANLI APARICILAR

Son xəbərlər