Pensiya alanların DİQQƏTİNƏ! Bu qədər ARTACAQ
Son qərardan sonra ölkədə orta aylıq pensiyanın məbləği 593 manata, yaşa görə orta pensiya isə 632 manata yüksəlib.
BAKU.WS-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media üçün keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, son illərdə pensiya məbləğlərində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2018-ci ildə orta aylıq pensiya 208 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 543 manata çatıb. Yaşa görə orta pensiya isə eyni dövrdə 234 manatdan 578 manata qədər yüksəlib.
Nazir müavini vurğulayıb ki, son artımdan sonra göstəricilər 2018-ci illə müqayisədə orta aylıq pensiya üzrə 2,8 dəfə, yaşa görə orta pensiya üzrə isə 2,7 dəfə çoxalıb.
O, həmçinin qeyd edib ki, 2026-cı il üçün pensiyaların maliyyələşdirilməsinə ayrılan vəsait 7 milyard 993 milyon manat nəzərdə tutulub. Bu məbləğ 2018-ci illə müqayisədə 2,3 dəfə çoxdur.
R.Mustafayev əlavə edib ki, yeni sərəncama əsasən, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək toplanmış pensiya kapitalları ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz indeksləşdirilib.
Oxşar xəbərlər
Fəzail Ağamalı ilə vida mərasimi başa çatıb
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi başa çatıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, mərhu...