Boşanmağından danışan müğənni: "Yarıqlı ətək geyinməyə, yataqda çarpaz yatmağa başladım"

Boşanmağından danışan müğənni: Yarıqlı ətək geyinməyə, yataqda çarpaz yatmağa başladım
Foto
Şou-biznes 51

Müğənni Yonca Evcimik illər əvvəl yaşadığı evliliklə bağlı qalmaqallı açıqlama verib.

BAKU.WS xəbər verir ki, o 1998-ci ildə boşandıqdan sonra özünü çox sərbəst və xoşbəxt hiss etdiyini bildirib.

"1998-ci ildə boşandıqdan sonra birdən-birə tam fərqli bir insana çevrildim. Saçlarımın rəngi dəyişdi, yarıqlı ətəklər geyinməyə başladım. Əvvəllər gözümə əlimi belə vura bilməzdim, amma sonra mavi linzalar taxmağa başladım. Sanki boşanmaqla birlikdə zəncirlərimdən də azad oldum. Subay olmağa çox öyrəşdim, yataqda çarpaz, pişiyim və itimlə birlikdə yatmağa başladım. Bunlardan sonra azadlığımı itirə bilmərəm. Heç kimə hesabat vermək istəmirəm, heç kimin məsuliyyətini üzərimə götürmək istəmirəm. Nə etmək istəyirəmsə, onu etmək istəyirəm. Evlənib uşaq sahibi olub bu həyatı idarə etməyi bacaran insanlar var, mən onlardan deyiləm. Mən yalnız özümü idarə edə bilirəm".

Qeyd edək ki, Yonca illər əvvəl Harun Özakıncı ilə ailə qurub, daha sonra ayrılıb.

Boşanmağından danışan müğənni:

Oxşar xəbərlər

Son xəbərlər